“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.
Təşəbbüsün rəhbəri Nəbiyev Fərman Bəhram oğludur.
İxtisasca jurnalistdir, Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. “Mingəçevir işıqları” qəzeti redaksiyasına və “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinə rəhbərlik edir. O, komandanı formalaşdırıb, benefisiarları müəyyənləşdirib. Bütün fəaliyyətləri əlaqələndirmək, daxili monitorinqi həyata keçirmək, hesabatlılığı təmin etmək öhdəliyi də onun üzərindədir.