Telefon: +994 50 375 99 86
Email: info@iya.az
MVA “Yaşıl Yol Xəritəsi” üzrə yeni layihəyə başlayır
  • 04-may-2026, 19:08
  • iya.az
  • 13
  • 0

MVA “Yaşıl Yol Xəritəsi” üzrə yeni layihəyə başlayır

Dünyanın müxtəlif ölkələrində təşkilatlar və şirkətlər tədbirlərini daha dayanıqlı etmək barədə düşünürlər. Dayanıqlılıq dövri iqtisadiyyat prinsiplərinə əməl olunması, davamlı inkişaf məqsədlərinin dəstəklənməsidir. Bu, tədbirlər sənayesində sadəcə bir dəb deyil, həm də müasir dövrün vacib tələblərindən biridir. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin “Yaşıl Yol Xəritəsi” adlanan yeni layihəsi də bu məqsədə xidmət edir.

İctimai Birliyin və layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, mayın 1-dən başlayan və 4 ay davam edəcək layihə çərçivəsində Mingəçevir, Gəncə və Bərdədə hökumət, QHT və kommersiya qurumlarının nümayəndələri üçün canlı təlimlər təşkil ediləcək: “Onlara davamlı tədbirlərin idarə edilməsinin tərəfləri və vəzifələri, tədbirlərin ətraf mühitə təsiri və ekoloji izi, tədbir məkanının, qonaqlar və iştirakçılar üçün yaşayış yerinin seçilməsi, tədbirlərin təşkilində inklüziv yanaşmalar, qidalanma və davamlı inkişaf, davamlı tədbirlər sahəsində standartlar və sertifikatlar barədə ətraflı izahat veriləcək. Layihənin sonunda dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarına tədbirlərini davamlı, ətraf mühitə uyğun, sosial-iqtisadi cəhətdən faydalı və inklüziv etmək üçün Davamlı Tədbirlər  Bələdçisi hazırlamaqda mentor dəstəyi göstəriləcək. Nəticədə hər 3 bölgə üzrə tullantı miqdarının 20% azalmasına şərait yaranacaq”.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.



Digər xəbərlər

Şərhlər (0)


Şərh yazın

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031