Telefon: +994 50 375 99 86
Email: info@iya.az
Müasir Azərbaycanın memarına ehtiram: Mingəçevirdə Heydər Əliyev irsinə həsr olunmuş konfrans keçirilib
  • 04-may-2026, 20:54
  • iya.az
  • 8
  • 0

Müasir Azərbaycanın memarına ehtiram: Mingəçevirdə Heydər Əliyev irsinə həsr olunmuş konfrans keçirilib

4 may 2026-cı ildə Mingəçevir şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində “Müasir Azərbaycan dövlətinin memarı” mövzusunda konfrans keçirilib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Daha sonra Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli liderin zəngin və şərəfli ömür yoluna həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra çıxışlara start verilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP Mingəçevir təşkilatının sədri Bəxtiyar Mustafayev və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov açılış nitqləri ilə çıxış ediblər. Natıqlar müasir və müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə qazanılmış tərəqqidən, demokratik dövlət quruculuğundan, elm və təhsilə göstərilən xüsusi diqqət və qayğıdan, əhalinin rifah halının yaxşılaşdırılması və hərtərəfli inkişafın təmin olunması istiqamətində həyata keçirilən mühüm işlərdən danışıblar.

Konfransın davamında YAP Veteranlar Şurasının üzvü, Əməkdar müəllim Fidumə Hüseynovanın moderatorluğu ilə panel sessiya keçirilib. Sessiyada YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Mingəçevir Dövlət Universitetinin müəllimi Xədicə Süleymanlı iştirak ediblər. Spikerlər ulu öndərin zəngin dövlətçilik irsi və müasir Azərbaycan dövlətinin qurulmasında, inkişafında müstəsna rolundan ətraflı bəhs edib, iştirakçıların suallarını cavablandırıblar.

Qeyd edək ki, tədbirdə əsasən gənclər iştirak edib.



Digər xəbərlər

Şərhlər (0)


Şərh yazın

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930