

19 may 2026-cı ildə Bakı Olimpiya Stadionunda Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində keçirilən “Hər Necə Olsun Birlikdə Et: İcma tərəfindən Fəlakətlərə Hazırlıq” tədbiri sadəcə növbəti sessiya deyil, fəlakətlərə qarşı mübarizədə yeni yanaşma nümunəsi idi.
Myanma və Cənub-Şərqi Asiya ölkələrinin ağır siyasət böhranı təcrübəsindən qaynaqlanan bu sessiya iqlim təlatümləri, zəlzələlər, sel və münaqişələrin yaratdığı risklər fonunda icmaların sadəcə yardım alan deyil, prosesin əsas iştirakçısına çevrilməsinin vacibliyini önə çıxardı. BMT-Habitat Myanmar, Yaponiyanın Veneer House təşkilatı və Myanmar İqlim Fəaliyyəti Şəbəkəsinin (MCAN) birgə təşkilatçılığı ilə keçirilən tədbir hibrid formatda baş tutdu.
Tədbirə BMT-Habitatın Asiya və Sakit Okean regional ofisi üzrə çxölkəli proqram ofisinin rəhbəri Srinivasa Popuri start verdi. Ardınca Veneer House-un direktoru Ezgi Nalci, Housing Now/MCAN-dan Htoo Aung, BMT-Habitat Myanmar-dan Naw Khine Thazin və onlayn qoşulan Chan Mya Thida Kyaw (CYNTHIA Design Group), Po Po Minn (Yoma Strategic Holding) və Bhone Myat Kyaw (3ZERO House) çıxış etdilər.
Ən maraqlı hissə isə interaktiv təlim oldu. Veneer House-un nümayəndələri Ezgi Nalci və Daphne Benedicto ilə birgə Htoo Aung və Naw Khine Thazin iştirakçıları praktiki alətlərlə tanış etdilər, icma əsaslı hazırlıq strategiyalarını, yerli materiallardan istifadə imkanlarını və mədəniyyətə uyğun mənzil həllərini birgə müzakirəyə çıxardılar. Yekun nitqini isə Yoma Strategic Holding-dən davamlılıq meneceri Po Po Minn söylədi.
Tədbirdə əsas vurğu ənənəvi, “tez və ucuz” mənzil yanaşmalarının məhdudiyyətlərinə yönəldi. Natiqlər dəfələrlə vurğuladılar ki, icmanın həyat tərzini, mədəni adətlərini və iqlim reallıqlarını nəzərə almadan hazırlanan həllər ya istifadə olunmur, ya da tez sıradan çıxır. Əksinə, icmanı prosesin mərkəzinə qoyan yanaşmalar həm qəbul olunma baxımından, həm də uzunmüddətli dayanıqlılıq baxımından daha effektiv olur.
Bu tədbir WUF13-ün əsas mövzusu “Hər kəs üçün mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”a və xüsusilə “Böhranın bərpasında mənzilin mərkəzi rolu” dialoquna praktiki töhfə verdi.
Mingəçevir Valideynlər Assosiasiyasının (MVA) rəhbəri də tədbirə qatıldı. Sessiyada əldə olunan biliklər , praktiki alətlər və beynəlxalq tərəfdaşların yanaşmaları MVA-nın cmalarla gələcək əməkdaşlığı baxımından çox faydalı olacaq. Xüsusilə Azərbaycanda fəlakət risklərinin idarə olunmasında icma əsaslı modellərin tətbiqi istiqamətində yeni ideyalar və əməkdaşlıq imkanları qazanıldı.
WUF13 Bakıda davam edir və belə tədbirlər Forumun nəticələrini daha da zənginləşdirir.
Şərh yazın