Telefon: +994 50 375 99 86
Email: info@iya.az
BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar
  • 21-apr-2024, 09:26
  • Admin
  • 1 030
  • 0

BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar

2024-cü ilin fevral ayının 20-də BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar.  Onlar Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünün icrası vəziyyətini izləyiblər. Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus olan və Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilən təşəbbüs nəticəsində ötən ilin dekabr ayı ərzində layihəyə cəlb olunan 21 işsiz gənc qadına 60 saatlıq psixoloji, hüquqi və iqtisadi mövzuda qrup təlimləri, ardınca fərdi məsləhətlər verilib. Yanvar ayından isə Usta Yanında Şagird Hazırlığına (UYŞH) başlanıb. Qadınların peşə bacarıqları qazanmaq istədikləri ixtisaslara uyğun olaraq, peşələr və ustalar seçilib.  Mart ayının 20-dək peşə təlimlərini başa çatdırmaq və bundan sonra yaxşı biznes planları təqdim edəcək şəxslərə avadanlıq vermək nəzərdə tutulub.

BMTİP-nin nümayəndələri qadınların təlimə cəlb olunduqları 6 sahibkar müəssisəyə baş çəkib, usta və benefisiarlarla görüşüb, qadınların əl işləri ilə tanış olublar. Məlumat verilib ki, 8 nəfər stilist-vizalist, 7 nəfər dərzi, 3 nəfər şirniyyat, 2 nəfər dırnaqlara qulluq və 1 nəfər kompüter istiqamətləri üzrə nəzərdə tutulan qısamüddətli proqamı mənimsəmək üçün ciddi səy göstərir. Qadınlar əl işlərini həvəslə nümayiş etdirərək, gələcəkdə sahibkar olmağa qərar verdiklərini də açıqlayıblar.

Görüş zamanı təhsil müəssisələrində valideyn-məktəb-şagird üçbucağının yaradılması istiqamətində vəziyyət, xüsusən təhsilin keyfiyyətinin artırılması, dərsburaxmaların qarşısının alınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Layihənin benefisiarları olan qadınlar övladlarının təhsil aldıqları məktəblərdə neqativ halların qarşısının alınması üçün sağlam valideyn birlikləri yaratmağın və ictimai nəzarətin vacibliyindən danışıblar. Onlar həm də özlərini bu prosesin içində gördüklərini deyiblər.


Digər xəbərlər

Şərhlər (0)


Şərh yazın

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031