Telefon: +994 50 375 99 86
Email: info@iya.az
21 işsiz qadın Biznes Planın hazırlanması üçün təlimə cəlb olunub
  • 18-mar-2024, 11:22
  • Admin
  • 1 493
  • 0

21 işsiz qadın Biznes Planın hazırlanması üçün təlimə cəlb olunub

Mingəçevir Media Mərkəzində “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə usta yanında şagird hazırlığı prosesini başa çatdıran 21 qadın üçün Biznes Planın hazırlanması məqsədilə təlim keçirilib. Dövlət qurumu ilə əməkdaşlıq şəraitində baş tutan təlimi KOBİA-nın eksperti Samir Zamanov aparıb. O, biznesin təsviri və maliyyə planının yazılması ilə bağlı hissələrə diqqəti çəkərkən auditoriyadan “Nə üçün siz bu bizneslə məşğul olmaq qərarına gəlmisiniz?” sualına cavab axtarıb.

Ekspert izah edib ki, biznesi qurmaq üçün kifayət qədər hazırlıq tələb olunur: “Mövcud ehtiyatlarınızı səfərbərliyə almalı, eyni zamanda əlavə ehtiyatları, məsələn istehsal vasitələrini və biznesin inkişafını necə təmin edəcəyinizi, nə vaxt gəlir götürəcəyinizi və bu gəliri istehsalınızın böyüməsinə necə sərf edəcəyinizi  bilməlisiniz. Bazarı araşdırıb, məhsulunuza tələbatı öyrənməli, alıcılarınızı və rəqiblərinizi tanımalısınız. Fəaliyyətinizi tənzimləyən qanunlardan xəbəriniz olmalıdır. Ən başlıcası, lazım olan pulu haradan tapacaqsınız? Gəlir və xərclərinizə (əmək haqqı, vergilər, təsərrüfat və icarə xərcləri və digər) əsasən maliyyə planınızın gözlənilən balansını çıxarmalısınız”.

Təlimə qatılan MVA İH-nin üzvü Yeganə Nəbiyeva, hüquqşünas Ayaz Ədilov və iqtisadçı Elnur Həsənzadə də fikirlərini bölüşüb və sualları cavablandırıblar. Əsas narahatlıq VÖEN-ə malik şəxslərin ünvanlı dövlət yardımı imkanlarının məhdudlaşdırılması ilə bağlı olub. Təşəbbüsün rəhbəri Fərman Nəbiyev məlumat verib ki, təşəbbüs ƏƏSMN-nın Dövlət Məşğulluq Xidməti tərəfindən müsbət qiymətləndirilib: “Biz DMX ilə mümkün əməkdaşlıq barədə danışmışıq. Bildiriblər ki, bu qadınlardan biri özünəməşğulluq proqramı üzrə artıq avadanlıqla təmin olunub, digərinə isə ayrılması nəzərdə tutulub. Belə ki, bir neçə il əvvəl dərzilik zərfi üzrə müraciət edən şəxs hazırda stilist-vizajist peşəsini seçib və özünü burada görür. Biz zərfin dəyişdirilməsi üçün müvafiq dövlət qurumları ilə danışıqlar aparacağıq”.

Təlimdən sonra layihə təşəbbüsü çərçivəsində Mingəçevirdə usta yanında şagird hazırlığı prosesini başa çatdıran şəxslərə kompüter operatoru, dərzi, stilist-vizajist, dırnaq və şirniyyat xidmətləri üzrə peşə sertifikatları verilib. Sertifikatları son iki ay ərzində peşə təlimi  aparan sahibkar ustalar təqdim ediblər. Bundan sonra şirniyyat süfrəsi ətrafında müzakirələr davam etdirilib.

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü – Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi və Mingəçevir Resurs Mərkəzi MMC tərəfindən həyata keçirilir.


Digər xəbərlər

Şərhlər (0)


Şərh yazın

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031